A

UNEC-in Xarici dillər departamentinin müəllimi Sevil Əliyevanın təşəbbüsü ilə Rus İqtisad Məktəbinin tələbələri və Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RANEPA) tələbələri arasında telekörpü keçirilib.

Keçirilən telekörpüdə tələbələr müasir təhsilin inkişafı, qlobal dünyada mədəni dəyərlərin əhəmiyyəti, müxtəlif sahələrdə innovasiyaların tətbiqi və gələcək planları ilə fikirlərini bölüşüblər.

Görüşdə tələbələr arasında təcrübə və fikir mübadiləsinin önəmi, dostluq və akademik əlaqələrin möhkəmlənməsi də vurğulanıb.  

TOP XƏBƏRLƏR