A

UNEC-də insan resursları idarəetməsində səmərəliliyi davamlı yüksəltmək məqsədilə inzibati heyəti üçün nəzərdə tutulmuş təlimlər davam edir.

Bu dəfəki təlim İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov tərəfindən “Tələbə məmnuniyyəti və şikayətlərin idarə olunması” mövzusunda olub.

Təlimdə Elçin Eyvazov tələbə məmnuniyyəti, tələbə şikayətlərinin necə təsnifləşdirilməsi, onların analiz edilməsi və optimal həll yollarının tapılması ilə bağlı çıxış edib. O, şikayətlərin idarə olunmasının problemlərin həlli ilə yanaşı, universitetin inkişafı və təhsil keyfiyyətinin artırılması baxımından mühüm bir amil olduğunu vurğulayıb.

Təlim zamanı iştirakçılara tələbə məmnuniyyətinin ölçülməsi və şikayətlərin həlli üçün müxtəlif strategiyalar təqdim edilib. 

TOP XƏBƏRLƏR