A

UNEC Startup İnkubator ənənəvi "BootSTART-3" proqramına start verib.

"BootSTART" Proqramı nədir? 

Proqram UNEC İnkubasiya Mərkəzi tərəfindən hər il ənənəvi olaraq keçirilir və proqramın əsas məqsədi startupları ideya mərhələsindən hazır məhsul mərhələsinə gətirməkdir. Proqrama qəbul olan və ideyaları ilə fərqlənən komandalar 5 aylıq proqram müddəti ərzində yerli və xarici mentorlar tərəfindən intensiv təlimlər keçir, ofis rezidentliyi, hostinq xidməti ilə təmin edilir və II mərhələnin sonunda seçilən hər komanda üçün 6 min AZN dəyərində pul mükafatı təqdim edilir. 

12 mart tarixində proqramın başlaması ilə əlaqədar olaraq, 47 komanda müraciəti daxilindən seçilmiş 20 komanda ilə birgə UNEC İnkubasiya Mərkəzində "Oriyentasiya Günü" keçirildi. 

Görüş zamanı proqram və onun ümumi gedişatı haqqında komandalara ətraflı məlumat verildi, həmçinin növbəti mərhələlərdə komandalarla görüləcək işlər barədə müzakirələr aparıldı.

Məlumatlar əsasında yaranan suallar isə mərkəzin rəhbəri Mübariz Şahbazlı tərəfindən cavablandırıldı.

İştirakçılar növbəti mərhələlərdə intensiv təlimlərə qatılaraq öz ideyaları üzərində çalışmağa davam edəcəklər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay