A

UNEC-in 95 illik yubileyi çərçivəsində Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) əməkdaşları dosentlər Gülnarə Rzayeva, Günal Səfərli, Validə Əliyeva və b.m. Gülnarə Sultanova vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Eldar Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini yad ediblər.

Eldar Quliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olan Eldar Quliyev oktyabrın 18-də Bakıya gətirilərək, Əhmədli qəsəbəsindəki qəbristanlıqda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

TOP XƏBƏRLƏR