UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Depressiyanın idarəolunması” mövzusunda təlim keçirilib.
Tədbirdə psixoloq Leyla Salmanlı tələbələrə depressiya nədir, onun əlamətləri, risk faktorları, cinsiyyətdən asılı olaraq kimin daha çox depressiyaya məruz qalması, kimi mövzularda ətraflı məlumat verib.
Təlim zamanı tələbələrə psixoloji testdən keçiblər və testin nəticələri müzakirə olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.