UNEC-in Biznes və menecment fakültəsinin tələbələri UNEC-in 95 illik yubileyi ilə bağlı Tədbirlər Planının “95 illik yubileyə 95 xeyirxah iş” bəndinə müvafiq olaraq “Nur” uşaq evini ziyarət ediblər.
Ziyarət zamanı uşaqlarla maraqlı söhbətlər aparılıb və onlara müxtəlif hədiyyələr təqdim olunub.
“Nur” uşaq evinə səfər xoş təəssuratlarla yadda qalıb.