Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Tələbə Gənclər Həftəsi” çərçivəsində tələbələr üçün bir sıra maraqlı və maarifləndirici tədbirlər təşkil olunub.
“Tələbə Gənclər Həftəsi” çərçivəsində “Məntiqi təfəkkür günü” elan olunub, tələbələr arasında detektiv oyun formatında yarış keçirilib. Yarışda iştirakçılar həm məntiqi təfəkkürlərini, həm də komanda şəklində işləmək bacarıqlarını nümayiş etdiriblər. Yarışda 6 komanda mübarizə aparıb və qalib adını “Excalibur” komandası qazanıb. Tədbir iştirakçıları üçün əyləncə və öyrənməni bir araya gətirən bu layihə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Fəal iştirak edən tələbələrə isə onlayn sertifikatlar təqdim olunub.
“Tələbə Gənclər Həftəsi”nin növbəti günü “Əyləncə günü” elan olunub və bu münasibətlə “GəncFest 20/95” adlı festival təşkil edilib. Festival çərçivəsində gənclər tərəfindən sevilən ifaçılar səhnə alaraq auditoriyanın musiqi zövqünü oxşayıblar.