A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Maliyyə və mühasibat fakültəsində UNEC-in 2012-ci il məzunu, “Baker Tilly International” şəbəkəsinin üzvü olan, Azərbaycan bazarında 18 ildən artıq uğurla fəaliyyət göstərən və hazırda ölkənin mühasibatlıq, audit və maliyyə-biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınan “Baker Tilly Audit Azərbaycan” şirkətinin vergi məsələləri üzrə baş meneceri Pərvin Abbasovla görüş keçirilib.

Görüşü giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, UNEC məzunlarının əldə etdikləri uğurlarla hər zaman qürur duyduğunu qeyd edib, məzunlarla fakültə arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb, “Baker Tilly Audit Azərbaycan” şirkəti ilə UNEC arasında əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa öz minnətdarlığını bildirib.

“Baker Tilly Audit Azərbaycan” şirkətinin vergi məsələləri üzrə baş meneceri Pərvin Abbasov çıxış edərək karyera yolunda ilkin addımlar, sahibkarlıq fəaliyyəti, şəxsi inkişaf, qarşıya çıxan fürsətlər və onların dəyərləndirilməsi, əmək bazarının bugünkü tələbləri barədə öz təcrübələrini bölüşüb, APCIT (Advanced Professional Certificate in International Taxation), CPA (Certified Professional Accountant) və Peşəkar mühasib sertifikatlarının (PMS) gələcək karyerada oynadıqları əhəmiyyətindən danışıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay