A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Maliyyə və mühasibat fakültəsində ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) Global UK-nın Azərbaycan Respublikasında ilk və eksklüziv Platinum tərəfdaşı olan “İMZA Group” MMC tərəfindən ACCA modullarını keyfiyyətli və effektiv şəkildə mənimsəməyin doğru və rahat olan üsullarına həsr olunmuş “Self Study” formatında seminar keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, “İMZA Group” MMC-nin təşəbbüsünə yüksək qiymət verib və seminarın “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında böyük rol oynayacağını və gələcək karyeraları üçün təcrübə qazanmalarına imkan yaradacağını bildirib.

“İMZA Group” MMC-nin direktoru Emin Şahhüseynbəyli, layihə meneceri Nailə Kərimova və ACCA təlimçisi Elay Rəcəbli çıxış edərək tələbələrə “Fundamentals və Professional” mərhələləri, “Knowledge (F1-F3)” maliyyə və idarəetmə uçotunun əsasları və “Skills (F4-F9)” mühasiblərin mənimsəməli olduğu sahələr üzrə hüquq, vergi, audit, maliyyə hesabatları, “Essentials (P1-P3)” peşəkar mühasiblərin əsas biliklərini artıran dərslər, həmçinin “Options (P4-P7)” daha dərindən bilik tələb edən mövzular və ACCA modullarını keyfiyyətli və effektiv şəkildə mənimsəməyin doğru və rahat olan üsulları barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay