A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) birinci kurs tələbələrinin universitet mühitinə inteqrasiyasını və təşkilati strukturlar barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə “TGT nədir?” adlı tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Tələbə Gənclər Təşkilatının (TGT) sədri Amin Talıbzadə təşkilatın yaranma tarixi, struktur xüsusiyyətləri, əsas missiyası və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, TGT-nin tələbələrin sosial-mədəni və intellektual inkişafında mühüm rol oynadığını vurğulayaraq qeyd etmişdir ki, təşkilat tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili və ictimai fəallığının artırılması istiqamətində çoxsaylı layihələr həyata keçirir.

Bununla yanaşı, tədbirdə tələbələr üçün TGT-yə üzvlük mərhələləri, təşkilat daxilində iştirak imkanları və gələcək perspektivlər barədə ətraflı məlumat verilib.

Sonda tələbələr  üçün intellektual viktorina təşkil olunub. Qalib gələn iştirakçılar TGT tərəfindən hədiyyələrlə təltif olunublar.

TOP XƏBƏRLƏR