UNEC-də Tələbə Gənclər Təşkilatı sədr seçkiləri keçirilir.
Səsvermə 22 dekabr, saat 10:00 – 18:00 aralığında onlayn formatda, Google Form üzərindən aparılır.
Sədrliyə namizədlər:
1. Ziya Məstanov Rauf oğlu - Beynəlxalq İqtisadiyyat Məktəbi, Biznesin idarə edilməsi ixtisası, bakalavr, 3-cü kurs.
2. Nurtac Hümbətova Pərviz qızı - Türk Dünyası İqtisad Fakültəsi, Biznesin idarə olunması ixtisası, Bakalavr, 3-cü kurs.
3. Eltac Adilov Elvin oğlu - İqtisadiyyat və İdarəetmə fakültəsi, Beynəlxalq münasibətlər ixtisası, bakalavr 2-ci kurs.
UNEC tələbələrini seçkilərdə fəal iştirak etməyə dəvət edirik.
Səsvermə linki: https://forms.gle/JSG7V58shKcX5hLY6