A

UNEC-in Xarici Dillər Departamenti tərəfindən universitetin bütün fakültələrində təhsil alan 2-ci kurs tələbələri üçün Aptis beynəlxalq ingilis dili imtahanına hazırlıq təlimlərinə start verilib.

Təlimlərin əsas məqsədi tələbələrin ingilis dili biliklərini inkişaf etdirmək, onları beynəlxalq qiymətləndirmə sisteminə uyğun şəkildə imtahana hazırlamaq və dörd əsas bacarıq – dinləmə, oxu, yazı və danışıq üzrə praktiki vərdişlərini gücləndirməkdir.

Təlim proqramı çərçivəsində tələbələr imtahanın strukturu, tapşırıq növləri, qiymətləndirmə meyarları və effektiv imtahan strategiyaları barədə ətraflı məlumat əldə edəcəklər. Məşğələlər təcrübəli müəllimlər tərəfindən interaktiv formatda keçirilir və müxtəlif praktik tapşırıqlar, testlər və simulyasiya məşğələləri ilə müşayiət olunur.

Proqram bütün fakültələri əhatə edir və silsiləli şəkildə təşkil olunaraq may ayının sonunadək davam edəcək. Təlimlər tələbələrin beynəlxalq səviyyədə tanınan ingilis dili sertifikatı əldə etmələrinə və akademik uğurlarının artırılmasına töhfə verməyi hədəfləyir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay