A

UNEC-in Mühəndislik fakültəsinin müəllim və tələbə heyəti Türk Mühəndislər Dərnəyinin (TMD) təşkilatçılığı və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) dəvəti ilə “6-cı Türk Dünyası Beynəlxalq Mühəndislik Konfransı”nda iştirak ediblər.

Konfransın plenar iclasından sonra tədbir işini müxtəlif istiqamətlər üzrə panel müzakirələri ilə davam etdirib. Panellərdə “Türk dünyasında ortaq mühəndislik təhsili”, “Türk dünyasında müdafiə sənayesi”, “Türk dünyasında enerji, mühəndislik və dayanıqlılıq” və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq konfrans mühəndislik sahəsində elmi biliklərin paylaşılması, yeni tədqiqat nəticələrinin təqdim olunması, həmçinin Türk dünyası ölkələri arasında elmi və peşəkar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.

Tədbir iştirakçıları mühəndislik sahəsində innovativ yanaşmalar, müasir texnologiyalar və gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələrdə fəal iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay