A

Azedu.az

DİM-in ötən illərdə keçirdiyi qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər hazırda harada təhsil alır və təhsillərindən razıdırlarımı? Onların seçdikləri universitet tələbələrinə hansı üstünlüyü qazandırıb?

Azedu.az bununla bağlı 700 bal toplayanlar arasında sorğu aparıb.

2016/2017-ci tədris ilində II ixtisas qrupu üzrə 700 bal toplayan Şahbaba Məmmədov UNEC-in SABAH qruplarında maliyyə ixtisası üzrə təhsil alır. Ş.Məmmədov beynəlxalq “Erasmus+” proqramı çərçivəsində Böyük Britaniyanın Leicester Universitetində bir semestr mübadilədə iştirak edib.

2017/2018-ci tədris ilində II ixtisas qrupu üzrə 700 bal toplayan hər iki abituriyent Arzu MəmmədzadəCavad Əliyev UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alırlar. Onlar öz təəssüratlarını Azedu.az-la bölüşüblər.

Cavad Əliyev qeyd edib ki, İqtisad Universitetində peşəkar müəllim heyətinin interaktiv tədris metodu ilə ixtisasımıza daha da dərindən yiyələnirik:

“Regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in tələbəsiyəm. Peşəkar müəllim heyətinin interaktiv tədris metodu ilə ixtisasımıza daha da dərindən yiyələnirik. İmtahanları yüksək nəticələrlə başa vuraraq yenidən TOP 15-liyə düşdüm. Bir semestr UNEC-in 100 AZN məbləğində xüsusi təqaüdünü alacam. UNEC-də yeni tədris ilindən Universitet Daxili İkili Diplom Proqramına (UDİD) start verilib. Proqram 4 ildə iki ixtisasa sahib olmaq imkanı yaradır. 700 bal toplayanlar bu proqramda ödənişsiz iştirak edəcək. Mən də UNEC-in bizə yaratdığı bu şansı dəyərləndirməyi düşünürəm. Uzun müddət tərəddüdlərdən sonra universitet seçimi etsəm də, bu gün UNEC-in Azərbaycanda iqtisadyönümlü təhsildə birinci olduğunu əminliklə deyə bilərəm”.

Arzu Məmmədzadə imtahanları yüksək nəticələrlə bitirdiyini vurğulayıb:

“Universitet və ixtisas seçimimin düzgün olduğunu bir il ərzində UNEC-in mənə qazandırdığı uğurlarla təsdiqləmiş oldum. TOP 15-likdəyəm, yəni bir semestr UNEC-in xüsusi təqaüdünü almaqda davam edəcəm. Bu ildən start verilən UDİD proqramının 700 bal toplayanlara ödənişsiz olması bizim üçün böyük motivasiya oldu. Bu fürsətdən mütləq yararlanacam.

Məzun olduqdan sonra gələcək karyeramı ölkə daxilində qurmaqla məhdudlaşmaq istəmirəm. UNEC Azərbaycanda yeganə universitetdir ki, ACCA (the Association of Chartered Certified Accountants – Sertifikatlı İctimai Mühasiblər Assosiasiyası) tərəfindən akkreditasiya olunub. Bu o deməkdir ki, UNEC-də "Mühasibat uçotu və audit" ixtisasında təhsil alan tələbələrə F1-F4, "Maliyyə" ixtisasının tələbələrinə isə F1-F3 dərəcələri üzrə azadolma təqdim edilir. Bu, UNEC-in məzunlarına dünyanın istənilən yerində mühasibat uçotu, maliyyə və menecment sahələrində karyera qurmaq şansı yaradır. Tələbələrinin uğurlu gələcəyi üçün daim yeniliklərə və ilklərə imza atan UNEC-in tələbəsi olduğum üçün qürur duyuram”.

Qeyd edək ki, ötən il qəbul imtahanlarında II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən hər iki abituriyent, Prezident təqaüdünə layiq görülənlərin 74%-i, 600 və daha yüksək nəticə göstərən abituriyentlərin isə 60%-i UNEC-ə üstünlük verib.

uneccc

Digər ixtisas qrupları ilə Azedu.az saytının növbəti sorğularında tanış olacaqsınız.

TOP XƏBƏRLƏR