A

UNEC İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ötən tədris ilinin ən fərqli və maraqlı layihələrindən olan "1 müəllim - 1 tələbə" təşəbbüsü çərçivəsində növbəti debat keçirilib.

"Azərbaycan iqtisadiyyatı 27 il: Uğurlarımız və hədəflərimiz" mövzusuna həsr edilmiş tədbir "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının müəllimi, layihənin müəllifi Zeynəb Qiyasova və kafedranın nəzdində fəaliyyət göstərən "İqtisadçı" Tələbə Elmi Dərnəyinin üzvü Səma Namazovanın birgə təqdimatında keçirilib.

Debat bitdikdən sonra mövzu ətrafında müzakirələr aparıldı.

Sonda debatda çıxış edən müəllim Zeynəb Qiyasovaya İqtisadiyyat fakültəsi və Tələbə Elmi Cəmiyyəti adından təşəkkürnamə, tələbə Səma Namazovaya isə sertifikat təqdim olundu. 

Qeyd edək ki, layihə UNEC-in "Strateji yol xəritələrinin icrasına dair tədbirlər planı" çərçivəsində həyata keçirilir. 2018-2019-cu tədris ilində UNEC TEC tərəfindən universitetin bütün fakültələri üzrə bir müəllim və bir tələbə formatında debatların təşkili nəzərdə tutulur. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay