A

UNEC İqtisadiyyat fakültəsində TGT və THIK təşkilatçılığı ilə 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin açılışını fakültə dekanı, dosent Asiman Quliyev bu günün önəmi haqqında danışdı.

Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova Milli Dirçəliş Günü və 17 noyabr tarixinə təsadüf edən Beynəlxalq Tələbə Günü ilə bağlı məruzə ilə çıxış etdi.

Tədbirdə fakültənin istedadlı tələbələri maraqlı bədii proqramla çıxış etdilər. Tələbə Rəşad Aslanovun tərtib etdiyi ssenari əsasında İqtisadiyyat fakültəsinin tələbələri, UNEC Yaradıcılıq Mərkəzinin Vokal dərnəyinin üzvü, tələbə Rauf Məmmədovun iştirakı ilə baş tutan bədii kompozisiya izləyicilərin böyük marağına səbəb oldu.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay