A

"İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Birlik" xeyriyyə mərkəzi növbəti aksiya həyata keçirib.

Aksiya çərçivəsində İctimai Birliyin üzvləri bu dəfə ahılları ziyarət ediblər. Onları şirniyyat süfrəsinə qonaq edib və birlikdə bir gün keçirərək ahıllara yalnız olmadıqlarını xatırladıblar.

Qeyd edək ki, mərkəzin məqsədi davamlı olaraq müxtəlif xeyriyyə tədbirlərinin keçirilməsi, dəstəyə ehtiyacı olan insanların yanında olmaqdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay