A

UNEC-də “Bir müəllim-bir tələbə” layihəsinin növbəti debatı keçirilib.

Distant Qiyabi və Əlavə Təhsil Mərkəzinin (DQƏTM) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının gənc müəllimi, layihənin müəllifi Zeynəb Qiyasova və DQƏTM tələbəsi Səbinə Hüseynlinin təqdimatında keçirilən debat “Kiçik və orta sahibkarlıq fəaliyyəti” mövzusunda olub.

Debatda kiçik və orta sahibkarların fəaliyyətinin stimullaşdırılması yolları,  bu istiqamətdə innovasiya infrastrukturunun formalaşdırılması, maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi, vençur kapitalının inkişaf etdirilməsi, universitet-sənaye-dövlət əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Sonda DQƏTM-nin mərkəzin direktoru Səbuhi Tanrıverdiyev qiyabi təhsil alan tələbələrin iqtisadiyyatla bağlı aktual mövzularda çıxış etmələrini yüksək qiymətləndirib və debatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin ən fərqli və maraqlı layihələrindən olan “1 müəllim - 1 tələbə” debatının UNEC-in bütün fakültələrdə keçirilməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay