A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 2018/2019-cu tədris ili üçün nəzərdə tutulmuş “İstehsalat təcrübəsinə dair başlanğıc konfransı” keçirilibdir. Konfrans kollecdə kadr hazırlığı aparılan bütün ixtisaslar - Mühasibat uçotu, Bank işi, Statistika, Maliyyə işi və Vergi və vergitutma ixtisasları üzrə təşkil edilmişdir.

Kollecin direktoru dos. Oruc Məmmədov çıxış edərək istehsalat təcrübəsinin əhəmiyyəti, təcrübə yerləri, təcrübə zamanı tələbələrin üzərinə düşən vəzifələr və digər məsələlər haqqında geniş məlumat verdi.

Kollecin istehsalat təcrübə rəhbəri Məlahət Osmanova çıxış edərək bildirdi ki, tələbələr Vergilər Nazirliyinin, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin, Dövlət Statistika Komitəsinin, Bakı şəhər Baş Təhsil İdarəsinin, “AzərSu” ASC-nin, Dövlət Sığorta Kommersiya Şirkətinin, Azərpoçtun, Parabankın, VTB Azərbaycan Bankının, Rabitə bankın, “Amrah” bankın və digərlərinin müvafiq strukturlarında ixtisas təcrübəsi keçəcəklər.

Sonda tələbləri maraqlandıran suallar cavablandırıldı, təcrübə rəhbərləri ilə tələblərin görüşü təşkil edildi.

TOP XƏBƏRLƏR