A

Azərbaycan Dövlət İqtisad Universitetində Karyera Mərkəzi və UNEC Model United Nation klubu tərəfindən növbəti BMT Modeli üzrə konfransı - IV MUNEC keçirilib.

Konfransa UNEC tələbələri ilə yanaşı ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Biznes Universitetinin tələbələri də qatılıb.

İki gün davam edən konfransda iştirakçılar BMT qurumlarının simulyasiyasında, müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri olaraq siyasi və iqtisadi sahələr üzrə diplomat kimi özlərini inkişaf etdirmək imkanı əldə etdilər.

Builki UNEC MUN-da BMT-nin 2 agentliyinin fəaliyyəti əks olunub: Ümumdünya Ticarət Təşkilatı (Amerika Birləşmiş Ştatları və Çin Respublikası arasında  ticarət konfliktləri) və Təhlükəsizlik Şurası (Venezuela böhranı).

Bir çox ölkələrlə yanaşı, Azərbaycanda da BMT modeli, "Model United Nations" hərəkatı fəaliyyət göstərərək, ölkə gənclərinin öz dövlətlərini dünya arenasında layiqincə təmsil etməsində ilkin fundament rolunu oynayır. Hazırda Azərbaycanın 4 ali təhsil müəssisəsində BMT modeli klubları fəaliyyət göstərir. Azərbaycan Dövlət İqtisad Universitetində 2015-ci ildən fəaliyyətə başlayan UNEC MUN klubu mütəmadi olaraq öz ənənəvi konfranslarını həyata keçirir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay