A

UNEC Türk Dünyası İqtisad fakültəsində rəqəmsal inkişafın təşviqi və su ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətinə həsr olunmuş seminar keçirilib.

Seminarın təşkilində əsas məqsəd tələbələrin rəqəmsallaşma və su ehtiyatlarının idarə olunması sahəsində məlumatlılığını artırmaq, eyni zamanda bu istiqamətlər üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq olub.

Tədbir çərçivəsində dövlət proqramlarının prioritet istiqamətləri, rəqəmsallaşmanın iqtisadi inkişafdakı rolu, eləcə də su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin vacibliyi geniş müzakirə edilib. Bununla yanaşı, fakültədə bu sahələr üzrə həyata keçirilən maarifləndirmə tədbirləri və irəli sürülən təşəbbüslər barədə iştirakçılara ətraflı məlumat verilib.

Seminarda fakültə dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və tələbələr iştirak ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və bu kimi tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb.

TOP XƏBƏRLƏR