A
UNEC-də Distant Qiyabi və Əlavə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə stomatoloq və implantoloq Dr. Rüfət Süleymanovun təqdimatı ilə “Müasir Stomatologiyanın Tələbləri və Üstünlükləri” adlı təlim baş tutub.
Təlimdə həkim stomatologiya sahəsində tibbdə olan ən son yenilikləri, dişlərlə bağlı bilinməsi ən zəruri olan məlumatları, həmçinin “Ortodontiya”, “Uşaq Stomatologiyası”, “İmplantologiya” və s. kimi mövzuları tələbələrin nəzərinə çatdırıb. 
Eyni zamanda “TEPE” şirkətinin nümayəndəsi Qumru Niyazova günümüz ən aktual mövzusu “Dişlərə Düzgün Qulluq” barədə məlumatlara da aydınlıq gətirib. Təlimdə səsləndirilən suallara düzgün cavab verən tələbələr “TEPE” şirkətindən hədiyyələr qazanıb. Sonda xatirə şəkili çəkilib

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay