A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə “Uğura gedən yolda maneələr” mövzusunda təlim keçirilib.

“Karnegi Klub”un rəhbəri Nəcəf Allahverdiyevin keçdiyi təlimdə tələbələrə auditoriya qarşısında sərbəst çıxış etməyin, özgüvənli olmağın, gələcəkdə karyera qurarkən əmin və uğurlu addımlar atmağın sirləri açıqlanıb.

Təlimdə tələbələrin sualları cavablandırılıb. Sonda fəal iştirak edən 10 tələbəyə UNEC TGT və “Karnege Klub”u tərəfindən sertifikatlar təqdim olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay