A

UNEC-in Karyera Mərkəzinin və Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) birgə təşkilatçılığı ilə “International Public Speaking Competition 2020” - beynəlxalq natiqlik yarışmasının tanıtım tədbiri keçirilib.

Yarışın təşkilatçıları tələbələrə müvafiq qaydalar və seçim mərhələləri barədə məlumat veriblər. Qeyd edilib ki, yarış iştirakçıları ilk olaraq, təlimlərdə iştirak edərək natiqlik, təqdimat, ünsiyyət və liderlik kimi bacarıqlarını inkişaf etdirəcəklər. Sonraki mərhələdə isə çıxışlarını hazırlayacaqlar. Çıxışlar münsiflər heyəti tərəfindən 100 ballıq sistemlə dəyərləndiriləcək. Yarışmanın qalibi Azərbaycanın ən yaxşı natiqi elan olmaqla yanaşı, 11-15 may 2020-ci il tarixlərində Londonda keçiriləcək beynəlxalq yarışmada iştirak etmək haqqı qazanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay