A

UNEC-də təhsil üzrə normativ təhsil müddətini başa vuran qiyabi tələbələrin akademik borclarının ləğv edilməsi məqsədilə distant imtahanlar təşkil olunub.

Distant imtahanlar UNEC Elmi Şurasının müvafiq qərarı əsasında, təsdiqlənmiş akademik təqvim planına uyğun olaraq keçirilib. UNEC tərəfindən yeni formalaşdırılan imtahan mexanizmi distant və onlayn imtahanlara uzaqdan nəzarətə və müşahidə edilməsinə imkan verən Proktorinq sisteminə əsaslanaraq qurulub. Bu imtahan sisteminə əsasən, imtahan nəzarətini həyata keçirənlər (proktorlar) veb-kamera vasitəsilə imtahan verən şəxslərə və onların monitorlarının iş stoluna nəzarət edirlər. Bu cür texnologiya imtahan verənin şəxsiyyətini müəyyənləşdirməyə, onun biliyini obyektiv qiymətləndirməyə imkan verir və müxtəlif köməkçi vasitələrdən istifadə edə bilməsinin qarşısını alır.

Yeni distant imtahan mexanizminin uğurla sınaqdan keçirilməsini nəzərə alaraq, UNEC-in rektoru, professor Ədalət Muradov qarşıdan gələn yay imtahan sessiyasının Proktorinq sistemi əsasında distant keçirilməsi ilə bağlı zəruri işlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. 

UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzi  distant imtahanların təşkili ilə bağlı qiyabi təhsil alan tələbələr arasında sorğu keçirib. Distant imtahan verən tələbələrindən 68%-i sorğuda iştirak edib. Sorğuda imtahanların distant formadan təşkilindən 98,7%, proktorinq sisteminin tətbiqindən 94,8% tələbə razı qaldığını bildirib.

TOP XƏBƏRLƏR