A

UNEC tələbələri Azərbaycan ordusuna mənəvi dəstək aksiyasına start verib.

Tələbələr Azərbaycanın Tovuz rayonu ərazisində Ermənistanın növbəti silahlı təxribatının qarşısını alaraq, torpaqlarımızı qəhrəmanlıqla müdafiə edən qüdrətli Ordumuza mənəvi dəstək aksiyasına qoşulublar. “Ordumuzla fəxr edirik!”, “Ordumuza zəfərlər!” “Vətən səninlə qürur duyur, Azərbaycan əsgəri!”, “İgid əsgər, möhkəm dayan!” şüarları ilə facebook səhifələrində statuslar paylaşan UNEC tələbələri əsgərlərimizlə qürur duyduqlarını, qüdrətli ordumuzun yenidən qələbə qazanacağına əminliklərini ifadə ediblər.

UNEC-in tələbə, məzun və əməkdaşları şəxsi facebook səhifələrində torpaqlarımızı müdafiə etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildiriblər.

Aksiya çərçivəsində UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli, eləcə də digər tələbələr canlı yayıma çıxaraq, vətənimizin düşmən tapdağından azad olunması uğrunda mübarizəsində, eləcə də zəfər yürüşündə Azərbaycan əsgərinin yanında olacaqlarını bəyan ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay