UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi 2 fevral Azərbaycan Gəncləri gününə həsr olunan tədbir keçirib.
Tədbirdə İTDB İB-nin fəalları və tələbələr iştirak ediblər. Görüşdə Gənclər gününün yaranma tarixindən, ölkədə aparılan gənclər siyasətinin uğurlu təşkilindən danışılıb, UNEC tələbələrinin istiqamətdə həyata keçirdiyi layihələr diqqətə çatdırılıb.
Sonra Gənclər günü münasibətilə hazırlanan videoçarxın nümayişi olub. Sonda isə təhsil aldığı müddətdə ictimai-sosial fəaliyyətlərində fərqlənən tələbələr təşəkkürnamələrlə təltif olunub.