A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Kollecin direktoru dos.Oruc Məmmədov ümummilli lider Heydər Əliyevin şəxsiyyətindən, Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan, demokratik, hüquqi dövlət quruculuğu tarixində tutduğu mövqedən, eləcə də gənclərin şəxsiyyət kimi formalaşmasında və inkişafında Heydər Əliyev irsinin misilsiz dəyərlərindən danışıb.

UNEC rektorunun kolleclər üzrə məsləhətçisi professor Nuru Mikayılov ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə qayğısından danışıb.

Sonra Yeni Azərbaycan Partiyasının kollec üzrə Maliyyəçi ərazi ilk partiya təşkilatının sədr müavini Alı Əliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.

Tədbirdə ulu öndərin həyat və fəalyyətindən bəhs edən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay