A

UNEC Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılğı ilə Rus İqtisad Məktəbi, SABAH Mərkəzi və Türk Dünyası İqtisad Fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

RİM-də keçirilən “Heydər Əliyev-İlham Əliyev: bir vəsiyyətin tarixçəsi” adlı tədbirdə dekan müavini Anar Eyyubov Vətən müharibəsindəki qələbənin fərqli aspektlərinə toxunub. O, 44 günlük qələbənin Heydər Əliyev-İlham Əliyev siyasi kursunun nəticəsində mümkün olduğunu deyib.

Türk Dünyası İqtisad fakültəsində İqtisadçı Vətənpərvərlər Təşkilatı ilə birgə keçirilən tədbirdə dekan müavini Cəvahir Məmmədova, baş müəllim Nəriman Xanəhmədov, TGT TUDİFAK  sədri Cəmil Hacıyev və İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli ümummilli liderin keçdiyi şərəfli həyat yolundan bəhs edilib, Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasının bu dahi şəxsiyyətin adı ilə bağlı olduğu vurğulanıb.

 SABAH Mərkəzində keçirilən tədbir isə "Liderlik əfsanəsi və əfsanəvi qələbə" mövzusunda olub.

SABAH Mərkəzinin rəhbəri Aidə Quliyeva, politoloq Şəbnəm Həsənova və TGT SABAH sədri Əli Xəlilov çıxış edərək ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətindən, Azərbaycan xalqı və dövlətçiliyi yolunda göstərdiyi misilsiz xidmətlərindən danışıblar. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətə, Qarabağın dirçəldilməsinə gənclərin dəstək verməsinin əhəmiyyətindən bəhs ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay