A

Sentyabrın 27-də UNEC-də Anım Gününə həsr olunan dərslər keçirilib.

Bütün fakültələr üzrə təşkil olunan dərslərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Tələbələrə Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində yazdığı şanlı tariximizdən söz açılıb. Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən mərd oğullarımızın igidlikləri, Azərbaycan xalqının bir yumruq kimi həmrəylik nümayiş etdirərək, düşmənə məhvedici zərbələr endirməsi barədə geniş məlumat verilib. Şəhidlik zirvəsinə ucalan Silahlı Qüvvələrimizin 2907 hərbi qulluqçunun xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildirib.

Qiyabi və əlavə təhsil şöbəsinin təşkil etdiyi dərsdə Qiyabi və əlavə təhsil şöbəsinin təşkil etdiyi dərsdə şöbənin şəhid tələbəsi Əsəd Əsədlinin anası oğlu ilə bağlı xatirələrini bölüşüb. Vətən müharibəsi qaziləri Nicat Səmədli, Qaryağdı Adıgözəlov, müharibə iştirakçıları olan Ceyhun Əsədov, Ağaəmi Zahidov, Kamran Şıxəliyev keçdikləri döyüş yolundan bəhs ediblər.

Biznes və menecment fakültəsində keçirilən tədbirdə professor Nizami Süleymanov “27 sentyabr Zəfərə aparan yol”, Xədicə Abbaslı "44 günlük müharibə və tarixi qələbə" mövzularında çıxış ediblər.

Türk Dünyası İqtisad fakültəsi ilə Maliyyə və mühasibatlıq fakültəsində keçirilən dərsdə fakültə rəhbərliyi müəllim və tələbələrlə yanaşı, şəhidlərin yaxınları və qazilər də iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay