A

UNEC-in İqtisadiyyat fakültəsində qeyri-rəsmi məşğulluqla bağlı maarifləndirici seminarlar keçirilib.

Seminarda tələbələrə qeyri-formal məşğulluğun kölgə iqtisadiyyatının əsas göstəricisi olduğu bildirilib. İşçi ilə qeyri-formal əmək münasibətlərinin işəgötürənin vergi və məcburi sığorta ödəmələrindən yayınmaq məqsədinə xidmət etdiyi diqqətə çatdırılıb.

Bu istiqamətdə ölkədə aparılan mübarizə tədbirləri barədə tələbələrə ətraflı məlumat da verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan sosial dövlət konsepsiyasının başlıca istiqaməti əhalinin rifah səviyyəsinin yüksəldilməsi, hər bir vətəndaşın iqtisadi və sosial hüquqlarının qorunmasıdır. Bu baxımdan, qeyri-formal məşğulluğun aradan qaldırılması dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir.

TOP XƏBƏRLƏR