A

UNEC-in iki məzunu “Uğur Yolu” Karyera İnkişaf Proqramının qalibi olub.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin keçirdiyi “Uğur Yolu” Karyera İnkişaf Proqramının məqsədi intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması olub.

Proqramın qalibi olan UNEC SABAH qruplarının məzunları Pinar Cəbrayılova və Gülər Abbasova 3 mərhələni uğurla keçərək 1231 iştirakçı arasından seçiliblər.

Pinar Cəbrayılova 2018-ci ildə UNEC-in SABAH qruplarının “Sənayenin təşkili və idarə edilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2020-ci ildə isə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzindən “Biznesin təşkili və idarə olunması” ixtisası üzrə məzun olub. 2019-cu ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışır.

Gülər Abbasova 2019-cu ildə UNEC-in SABAH qruplarından “İqtisadiyyat” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub. 2019-cu ildə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş idarəsində dövlət vergi müfəttişi kimi fəaliyyət göstərir.

Məzunlarımızı təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay