A

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Teymur Zeynalovun martın 28-də doğum günü idi, 29 yaşı olacaqdı.

Teymur Zeynalovun doğum günündə yaşadığı evinin önündə xatirə bulağının açılışı olub. Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Aytən Hüseynli, mərkəzinin əməkdaşları və tələbələr iştirak ediblər.

UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, bulağın önünə əklil və gül dəstələri düzüblər. Şəhidə özəl hazırlanmış hədiyyəni şəhidin atasına təqdim ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay