A

“McKinsey & Company”nin nümayəndələri UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələri ilə görüşüblər.

Görüş zamanı tələbələr “McKinsey & Company” şirkətinin karyera imkanları ilə tanış olublar. Şirkət nümayəndələri tələbələrin dünyagörüşünü, bilik və bacarıqlarını, eyni zamanda “McKinsey & Company”da çalışa bilmək potensilını müəyyən etmək məqsədilə rəsmi görüşdən sonra onlarla fikir mübadiləsi aparıblar.

Tələbələrlə görüşdən sonra “Mckinsey & Company” və Beynəlxalq İqtisadiyyat Məktəbinin nümayəndələri arasında bir neçə istiqamət üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, McKinsey & Company şirkəti son 5 ildə yalnız ADA Universiteti ilə əməkdaşlıq istiqamətində müzakirələr aparıb və tələbələrlə görüşüb.

TOP XƏBƏRLƏR