A

UNEC-də "BP Azərbaycan" şirkətinin Beynəlxalq təcrübə və işəqəbul proqramları barədə təqdimat keçirilib.

Şirkətin İnsan Resursları strukturunun işçi heyəti tələbələrə "BP Azərbaycan"ın fəaliyyət istiqamətləri, təcrübə proqramları, işə qəbul prosesi və vakansiyalar barədə ətraflı məlumat verib.

Tədbirdə iştirak edən  Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev "BP Azərbaycan" şirkəti ilə əməkdaşlığın əhəmiyyətindən danışaraq, tələbələri şirkət tərəfindən təklif olunan proqramlarda fəal iştirak etməyi tövsiyə edib.

UNEC-in Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən təqdimatda bakalavr və magistrlər canlı müsahibə və onlayn qeydiyyat prosesində də iştirak ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay