A

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Teymur Zeynalovun martın 28-də doğum günü idi, yaşasaydı 30 yaşı olacaqdı.

Teymur Zeynalovun doğum günündə yaşadığı evin önündəki  xatirə bulağının qarşısında keçirilən tədbirdə   ailə üzvləri ilə yanaşı,digər  şəhid ailələri, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Aytən Hüseynli, mərkəzin əməkdaşları və tələbələr iştirak ediblər.

UNEC kollektivi Biləcəri Şəhidlər xiyabanında şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay