UNEC-də “Tədris prosesinin təşkilində müasir tədris metodlarından istifadə üsulları” mövzusunda Təlim Proqramı çərçivəsində müəllimlər təlimlər keçirilib.

İqtisadiyyat kafedrasının dosenti Azər Mehtiyev “Mühazirə və seminar dərslərində “PADLET” metodundan istifadə üsulları”, Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müəllimi Emiliya Əhmədova “Google forms-da Quizizz-in yaradılması və istifadəsi üsulları”, Tətbiqi iqtisadiyyat kafedrasının dosenti Leyla Hacıyeva “Dərslərdə "Case study" metodundan istifadə olunması qaydaları”, dosent Aysel Quliyeva “Rasional əməkdaslıq, şəxsi və koqnitiv maraqlar üzrə strateji qərarlara əsaslanan oyunlardan istifadə etməklə seminar dəsrlərinin təşkil edilməsi”, İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi Şahin Əkbər “Qruplarla iş və qiymətləndirmə üsulları” mövzularında təlimlər keçiblər.

UNEC-in müəllimləri üçün təşkil olunan təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay