A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Biznes Məktəbi”ndə Executive MBA (EMBA) proqramı fəaliyyətə başlayacaq.

Dünya standartları səviyyəsində təşkil olunacaq EMBA-da əmək bazarının tələblərinə cavab verən biznes təhsili həyata keçiriləcək. Artıq “UNEC Biznes Məktəbi”nin mütəxəsisləri tərəfindən tədris proqramı hazırlanıb. Proqram hazırlanarkən nüfuzlu xarici universitetlərin bu sahədə təcrübəsi əsas götürülüb. EMBA-ya tələbə qəbulu məhdud sayda nəzərdə tutulub. Burada təhsilverənlər dünyanın tanınmış ali məktəblərindən cəlb edilmiş müəllimlərdən ibarət olacaq. Proqram üzrə keyfiyyətli tədrisi təşkil etmək məqsədilə UNEC-də müasir standartlar səviyyəsində dərs auditoriyası yaradılacaq.Proqramın əsas məqsədi magistrların liderlik potensialını reallaşdırmağa kömək etməkdir. EMBA təhsil müddətində ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasına, müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes biliyi və etikası, təqdimat qabiliyyəti, vaxtın idarəedilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına, şərait yaradacaq. Eyni zamanda magistrların əldə etdikləri bilik və bacarıqlar onlara peşəkar əlaqələr yaratmaqda və karyera yüksəlişinə nail olmağa geniş imkanlar açacaq.Executive MBA proqramı magistrlara biznes funksiyaları üzrə ətraflı bilik verib, təşkilatı inkişafa nail olmaq üçün əsas bilikləri inkişaf etdirmək, hər hansı bazar dövriyyəsində nəticələri əldə etmək üçün yeni texnika və texnologiyaları öyrənmək, problemləri müəyyən edən əsaslı plan hazırlayıb, onların həlli üçün mümkün yolları tapmaq və dəyişikliklərə uyğunlaşmaq sahəsində faydası olacaq. O cümlədən, magistrlar effektiv qərar vermə, inkişaf strategiyası və onun icrası üzrə strateji bacarıqların əldə olunması, çətin qlobal bazarlar qarşısında çox funksional təşəbbüslər və korporativ layihələrin idarə edilməsi üzrə bacarıqların artırılması, fərdi liderliyə xas olan bilik, bacarıq və baxışı əks etdirən şəxsi liderlik fəlsəfəsini inkişaf etdirə biləcəklər.

EMBA proqramı üzrə təhsil 2 il ərzində 6 modul olmaqla Avropa Kredit Transfer Sisteminə uyğun olaraq 76 kredit, ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə 38 kreditlə tamamlanır. Hər modul 3 aydan bir 10 günlük müddətdə tədris ediləcək. “UNEC Biznes Məktəbi”n Executive MBA proqramında tədris ingilis dilində aparılacaq.

2016-2017-cı tədris ilindən etibarən MBA Proqramında 5 yeni ixtisaslaşma üzrə də magistr hazırlığı aparılacaq. Onlar bank və sığortanın idarə edilməsi, səhiyyənin idarəedilməsi, idmanın idarəedilməsi, mühəndislik və idarəetmənin riskləri, turizm və otelçiliyin idarəedilməsi ixtisaslarıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay