A

UNEC tədris keyfiyyətinin daha da yüksəldilməsi, professor-müəllim heyətinin müasir tədris bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə mütəmadi olaraq yeni layihələr icra edir.

Dünyanın aparıcı universitetlərinin professorlarının ənənəvi olaraq UNEC-də təşkil olunan Qış məktəbinə təlimçi qismində dəvət edilməsi müəllim heyətimizin pedaqoji bacarıqlarının daha da artırılmasına xidmət edir.

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində “Tələbə nailiyyətlərinin artırılması yönümlü müasir tədris metodları” mövzusunda keçirilmiş Qış məktəbində təlimçilərdən biri olmuş Praqa Biznes Məktəbinin professoru Vadim Strilkovski (Wadim Strielkowski) tədbir barədə öz təəsüratlarını bölüşmüşdür: “Mən “Elmi məqalələrin yazılması qaydaları”, “Tələbələrin biliyinin qiymətləndirilməsində müasir və motivasiya əsaslı metodlardan istifadə”, “Sərbəst işlərin (tapşırıqların) müəyyən edilməsi və qiymətləndirilməsinin effektiv metodları”,  “Tədris prosesində  motivasiyanı təmin edən  üsullar və onların tətbiqi” və digər mövzularla əlaqədar təqdimatlarla çıxış etdim”.

“Təlim ərzində mən dünyanın ən yaxşı 3 universitetində, o cümlədən, Kembric Universiteti, Oksford Universiteti və Berkli Universitetində çalışdığım müddətdə əldə etdiyim iş təcrübəsi barədə danışdım. UNEC müəllimlərinə mən İngiltərə, ABŞ və Avropa ölkələrinin universitetlərinin təcrübəsi barədə məlumat verdim, sualları cavablandırdım. UNEC-in müəllim heyəti ilə çox maraqlı və faydalı müzakirələrimiz baş tutdu. UNEC müəllimləri ilə əvvəldən sıx əməkdaşlığımız var, o cümlədən, SABAH fakültəsi ilə əlaqələrimiz olmuşdur”.

Professor beynəlxalq reytinqlərdə mövqenin yaxşılaşdırılması üçün “Scopus”, “Web of Science” platformasında dərc olunması üçün məqalələrin düzgün yazılışı, yanaşmalar edilməsinin zəruriliyini bildirdi.

Hər bir, hətta ən aparıcı universitetlərdə də, o cümlədən, Kembric də müəyyən problemlərin olduğunu qeyd edən Praqa Universitetinin professoru UNEC-in pedaqoji potensialının çox yüksək olduğunu bildirdi. UNEC rəhbərliyinə dəvətə, Azərbaycanı görmək imkanına görə minnətdarlığını bildirən qonaq professor ümumilikdə təlimin və xüsusilə Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatcılıq səviyyəsinin çox yüksək olduğunu vurğuladı.

“Ümumilikdə, bu qəbildən olan Qış məktəbləri, dünyanın aparıcı universitetlərindən gələn professorların təlimləri pedaqoji potensialın artırılmasına, tədris prosesinin keyfiyyətinin daha da yüksəlməsinə,  müsbət təsir edir, bu isə, həmçinin, ali təhsil ocağının beynəlxalq reytinqlərdə ucalmasına səbəb olur”.

UNEC-in bir sıra reytinqlər üzrə Azərbaycanda aparıcı ali təhsil ocağı olduğunu bildirən professor qeyd etdi ki, müəllimlərin araşdırma, tədris potensialı çox yüksəkdir. “Tələbələr isə öz potensiallarına, öz bilik və bacarıqlarına daha çox inanmalıdırlar.”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay