A

“UNEC Extern” Mərkəzində müəllimlər üçün distant təlimlər başlayıb. Budəfəki təlimlər həm də Qış məktəbini əvəz edir.

Distant təlimlərə UNEC-in müəllimləri ilə yanaşı, Lənkəran Dövlət Universitetinin və Mingəçevir Dövlət Universitetinin əməkdaşları da qoşulublar. Təlimlərə ümumilikdə 150 nəfərə yaxın müəllim qatılıb.

Təlim “Kompetensiya əsaslı tədris vəsaitləri və təlim metodları” mövzusuna həsr olunub. Bir günlük təlimdə müxtəlif təlimçilərin 3 dərsi olub. “Aktiv öyrənmə üçün seminar dərslərində interaktiv fəaliyyətlər, oyunlar, yarışlar, müzakirələr, keys və stimullar” mövzusunda ilk dərsi Karyera Mərkəzinin direkroru Ramil Cabbarov keçib.

“Tədrisin keyfiyyətinin artırılmasında interaktif metodlardan istifadə” adlı dərsi isə BMDM-in direktor müavini dos. Aytən Hüseynli təqdim edib.

Növbəti təlimçi Bakı Mühəndislik Universitetinin baş müəllimi, SABAH və MBA mərkəzlərinin müəllimi Rüfət Məmmədov olub. O, “Dərslərin praktik keyslər üzərində komanda şəklində keçirilməsi” mövzusunda təlim verib.

Hər bir dərsin sonunda təlimçilər tərəfindən mövzu ilə bağlı suallar da cavablandırılıb.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay