A

UNEC-də 2019/2020 yay semestrinə qeydiyyat başladı. Yay semestri adları SİYAHIDA verilən fənlər üzrə aparılacaq.

Digər fənlər üzrə qeydiyyatın Yay imtahan sessiyası bitəndən sonra aparılması nəzərdə tutulub.

Yay semestri mövcud durumdan asılı olaraq distant təşkil edilə bilər.

Yay semestrinin təşkili ilə bağlı UNEC Yay məktəbi 2020 Facebook səhifəsi yaradılıb. Tələbələr Yay semestri barədə suallarla bağlı həmin səhifəyə müraciət edə bilərlər. Siyahıda təqdim edilən fənlərə qeydiyyat üçün isə fakültə tyutorlarına müraciət etmək lazımdır.

Qeyd edək ki, Yay semestri tələbələrin akademik borclarının ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması və müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi məqsədilə təşkil olunur.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

UNEC-də Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Qiyabi təhsil formasında tədris müddəti (nəzəri təlim və imtahan müddəti) 3 həftə olaraq müəyyən edilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay