A

UNEC-in Zaqatala filialında 2019/2020-ci tədris ilinin yaz semestrinin distant formada keçirilən imtahan sessiyası uğurla davam edir.

İmtahan sessiyası ərzində tələbələrə onlayn kitabxana və tədris resurslarından istifadə imkanları yaradılıb. UNEC-in Zaqatala filialının İctimai Nəzarət Şurasının sədri İsa İsayev və Şuranın üzvləri distant imtahanları müşahidə ediblər. İmtahanlar proktorların nəzarəti ilə həyata keçirilir. 

Filialın sonuncu kurs tələbələri könüllü olaraq imtahanlarda texniki problemlərin aradan qaldırılmasına dəstək olurlar. ”İmtahan könüllüləri” informasiya-kommunikasiya vasitələrinin geniş tətbiqi ilə keçirilən imtahan prosesində, Virtual İmtahan Qərargahının, ZİM rəhbərliyinin və Appelyasiya Komissiyasının çevik və səmərəli fəaliyyət göstərməsində də yaxından iştirak edirlər.

İmtahan sessiyası ərəfəsində hər şənbə günü valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə onlayn “Açıq qapı”  günlərinin keçirilməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay