A

UNEC-də xarici dilin tədrisində effektivliyin təmin olunması məqsədilə xarici dilin beynəlxalq standartlara uyğun tədrisinə start verilib.

I semestrdə xarici dili üzrə tədrisin və imtahanların təşkilinin yekunları barədə müzakirələrin aparılması və yeni təkliflərin dinlənilməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradov və Xarici dil kafedrasının professor-müəllim heyəti ilə görüş keçirilib.

Görüşdə kafedra müdiri, professor Afət Abbasova ingilis dilinin tədrisinin təkmilləşdirilməsi ilə bağlı yerinə yetirilmiş işlər barədə məruzə ilə çıxış edib. Bildirib ki, I semestrdə ingilis dilinin distant formada təşkili və tələbələrin biliyinin qiymətləndirilməsi oxuma, dinləmə, yazma və danışma bacarıqları üzərindən təşkil olunub. Dərslər A1 və A2 səviyyələri üzrə tərtib olunmuş sillabuslar əsasında, beynəlxalq dərsliklər vasitəsilə aparılıb. I semestrdə imtahan nəticələrinə görə tələbələrin ümumi müvəffəqiyyət göstəricisi 96 faiz, keyfiyyət göstəricisi isə 90 faiz olub. Müəllimlərin metodiki biliklərinin artırılması məqsədilə xarici mütəxəssislər tərəfindən müxtəlif təlimlərin keçirildiyi, dərslərin monitorinqlərinin aparıldığı da diqqətə çatdırılıb.

Rektor professor Ədalət Muradov 3-cü kursdan etibarən tələbələrə bir neçə ixtisas fənninin ingilis dilində keçiriləcəyini vurğulayaraq, tətbiq olunan yeniliyin məzunlara öz ixtisaslarına yiyələnməkə yanaşı, mükəmməl xarici dil biliklərinə sahib olmaq imkanı da yaradacağını qeyd edib.

Sonra ingilis dilinin tədrisinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR