A

Çin Xalq Respublikasının Hebei İqtisadiyyat və Biznes Universitetinin vitse-prezidenti Prof. Dr. Li Guijunun başçılıq etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşdə tərəflər arasında akademik proqramlar, tələbə və müəllim mübadiləsi, birgə forum və konfransların keçirilməsi, tədqiqatların aparılması və nəticələrinin çap edilməsi, eləcə də Çin dilinin tədrisi ilə bağlı ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb. Həmçinin “Bir Kəmər-Bir Yol” təşəbbüsü ilə bağlı yeni əməkdaşlıq imkanları barədə razılıq əldə olunub.

Müzakirələrin sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Görüşdən sonra nümayəndə heyəti UNEC-in infrastrukturu ilə də tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay