A

UNEC-in Daxili audit şöbəsinin müdiri dos. Rəşad Muradov, Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova və rektorun referenti Günel Əhmədova işgüzar səfər çərçivəsində Almaniyanın Köln Beynəlxalq Biznes Məktəbində (CBS İnternational Business School) işgüzar səfərdə olublar.

Nümayəndə heyəti məktəbin Beynəlxalq Departamentin Qlobal Proqramlar  üzrə rəhbəri Silke Bochow M.A. kitabxananın əməkdaşı Eleni Ryoia və İmtahan Mərkəzinin əməkdaşlarına UNEC-in infrastrukturu, həyata keçirilən yerli və beynəlxalq layihələr, proqramlar barədə geniş məlumat veriblər. Görüş zamanı müəllim, tələbə mübadiləsi, nəşrlər və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşün nəticəsi olaraq hər iki Universitet arasında memorandum imzalanıb, birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.

TOP XƏBƏRLƏR