UNEC -in Beynəlxalq layihələr şöbəsinin müdiri Rauf Məmmədov İsveçin Kral Texnologiya İnstitutunda (Royal Institute of Technology, KTH) baş tutan beynəlxalq tədbirdə iştirak edib.
Tədbirin keçirilməsinin əsas səbəbi Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi, akademik heyət və tələbələr arasında sahibkarlıq düşüncəsinin gücləndirilməsi və innovativ yanaşmaların təkmilləşdirilməsi olub.
Səfər çərçivəsində layihənin əsas hədəfləri və perspektivləri, eləcə də Azərbaycan ali təhsil sistemi üçün innovativlik strategiyasının hazırlanması və müvafiq sahələrdə mükafatların təsis edilməsi ilə bağlı müzakirələr aparılıb komandalar yaradılaraq onların iş planları təsdiqlənib.
UNEC-in tədbirdə iştirakı universitetin beynəlxalq fəaliyyət sahəsinin genişlənməsinə, akademik əməkdaşlıq imkanlarının artırılmasına və innovativ tədris yanaşmalarının inkişafına, həmçinin beynəlxalq səhnədə nüfuzunun yüksəlməsinə, rəqabət qabiliyyətinin güclənməsinə və təhsil sistemində müasir yanaşmaların tətbiqinə şərait yaratmasına səbəb olacaq.