A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşlarından Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafiz Hacıyev və Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru vəzifəsini icra edən Afət Ələkbərova Rumıniyanın Transilvaniya Braşov Universitetində səfərdə olublar.

Səfər zamanı nümayəndə heyəti Transilvaniya Universitetinin rektoru, professor Dr. Ing. İoan Vasile Abrudan, fakültə dekanı professor Dr. Bianka Teskaşiu, Elmi Şuranın (senatın) sədri professor Mircea Horia Țierean və Sosiologiya və Kommunikasiya fakültəsinin dosenti Ana-Maria Bolborici ilə görüşərək, mövcud tərəfdaşlığın genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması ilə bağlı müzakirələr aparıblar.

UNEC-in nümayəndə heyəti Transilvaniya Braşov Universitetinin Tədqiqat Mərkəzi, texnopark, kitabxana-tədqiqat fondu və universitetin infrastrukturu ilə tanış olublar. 

UNEC və Transilvaniya Brasov Universiteti arasındakı əməkdaşlığın gələcəkdə də uğurla davam ediləcəyi gözlənilir.

 

TOP XƏBƏRLƏR