A

UNEC-in Rus İqtisad Məktəbində Tümen Dövlət Universitetinin Beynəlxalq Sahibkarlıq Məktəbinin direktoru, Tümen vilayət dumasının deputatı professor Eduard Omarovla görüş keçirilib.

Görüşdə Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur BərxudarovElmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid MəmmədovQiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və ixtisas rəhbərləri iştirak ediblər.

Professor Eduard Omarov görüş iştirakçılarını Beynəlxalq Sahibkarlıq Məktəbinin fəaliyyəti ilə tanış edib, birgə fəaliyyətin istiqamətləri haqqında danışıb.

Görüşdə Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi, elektron kitabxanaların inteqrasiyası, akademik və inzibati idarəetmənin daha da təkmilləşdirilməsi barədə müzakirələr olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay