Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana rəsmi səfəri davam edir.
Səfər çərçivəsində növbəti görüş 50 minə yaxın tələbə heyəti ilə Özbəkistanın ən nüfuzlu və perspektivli ali təhsil ocaqlarından biri olan Daşkənd Dövlət İqtisad Universitetində (DDİU) keçirilib.
İşgüzar görüşdə Daşkənd Dövlət İqtisad Universitetinin rektoru, professor Tulkin Teşabayev ilə UNEC rektoru, professor Ədalət Muradov arasında universitetlərarası əməkdaşlıq istiqamətləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, hər iki universitet arasında əməkdaşlıq sahələrini daha da genişləndirmək və inkişaf etdirmək məqsədilə memorandum imzalanıb.
Memoranduma əsasən, UNEC ilə DDİU arasında ilk növbədə MBA proqramları üzrə ikili diplom proqramı həyata keçiriləcək.