A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə Pakistanın aparıcı təhsil qurumlarının professorları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilmısi məqsədilə online görüş keçirilib.

Görüş Pakistanın Azərbaycanda fövqalədə və səlahiyyətli səfiri cənab Bilal Hayeenin təşəbbüsü ilə baş tutub.

Belə ki, cənab səfirin aprelin 20-də UNEC-in rektoru, professor Ədalət Muradovla görüşü zamanı hər iki dövlət arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə qardaş Pakistanın tanınmış professorları ilə UNEC alimlərinin bir araya gəlməsi və ortaq elmi fəaliyyətlərin həyata keçirilməsi barəsində razılıq əldə olunub.  

Görüşdə UNEC-in aidiyyatı struktur rəhbərləri öz sahələri üzrə pakistanlı alimlərlə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Birgə konfranslar, elmi məqlələrinin çap edilməsi, qrant proqramlarında iştirak, müəllimlərin tədrisə cəlb olunması, ortaq tədqiqatların aparılması və s. kimi mövzular görüşüm əsas müzakirə istiqamətləri olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay